Biz torpaqlarımızı geri aldıq və bununla da ancaq qürur duyuruq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri özünün rəsmi tvitter hesabında Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar ölkəsinin Milli Kəşfiyyat Təşkilatının bir əməkdaşının Azərbaycanın Vətən müharibəsi dövründə "Səlcuq Bayraktara təhsil verdiyimiz üçün utanırıq" sözlərinə cavab olaraq bildirib.
Səlcuq Bayraktar tvitində utanılacaq şeylərin törədilən soyqırımı və qətliamlar olduğunu ifadə edib.