Xarkovda 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə bilbordlar quraşdırılıb - FOTOLAR

A- A A+

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə bilbordlar quraşdırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşəbbüsü ilə keçirilən anım aksiyasında nümayiş etdirilən bilbordda “Bakıda Qanlı Yanvar!” şüarı yazılıb, faciəyə aid şəkillər əksini tapıb.

Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov jurnalistlərə bildirib ki, 20 Yanvar faciəsinə dair şəhərin mərkəzi hissəsində 2 bilbord yerləşdirilib. Bilbordlar yanvarın sonlarına kimi nümayiş olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: