Cəbrayılda erməni hərbçinin cəsədinin qalıqları aşkarlanıb

A- A A+

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində İkinci Qarabağ müharibəsi zamanı məhv edilmiş daha bir erməni hərbçisinin cəsədinin qalıqları tapılıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilir ki, axtarışlar işğaldan azad edilmiş ərazilərin cənub istiqamətində aparılıb. Nəticədə Cəbrayıl rayonu ərazisində erməni əsgərə aid insan qalıqları tapılıb. Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən müəyyən ediləcək.

Qeyd edilir ki, bununla da Azərbaycan ərazilərində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1706 nəfərin meyiti və ya cəsəd qalıqları aşkar edilib. Qeyri-rəsmi rəqəmlərin isə daha çox olduğu bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: