Küveyt nəşrində 20 Yanvar faciəsi haqqında məqalə dərc edilib

A- A A+

Küveytin “Bobia” nəşrində Azərbaycanın bu ölkədəki səfiri Elxan Qəhrəmanın 20 Yanvar faciəsi haqqında məqaləsi dərc edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Qanlı Yanvar hadisələri haqqında ətraflı məlumat verilib. Müəllif qeyd edib ki, 1990-cı ildə hərbi təcavüzə məruz qalan Küveyt xalqı kimi, həmin il sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində Azərbaycan xalqı da çoxlu sayda şəhidlər verib. Həmin il yanvarın 19-dan 20-nə keçən gecə sovet rejimi heç bir səbəb olmadan Azərbaycanın paytaxtına və bölgələrə qoşun yeridib, milli-azadlıq mübarizəsinə qalxmış dinc əhaliyə divan tutub. Törədilmiş bu ağır cinayətin nəticəsində o məşum gecədə 134 günahsız insan qətlə yetirilib, 700 şəhər sakini yaralanıb, 800 nəfər qanunsuz olaraq həbsə atılıb.

E.Qəhrəman diqqətə çatdırıb ki, həmin faciəli günlərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xalqı ilə həmrəylik nümayiş etdirərək respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gəlib və bu qanlı cinayəti törədənləri ifşa edib.

Məqalədə qeyd olunub ki, həmin dövrdə Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən və sonrakı illərdə ərazilərimizi işğal edən Ermənistan da çoxlu sayda dinc insanı qətlə yetirib, məscidləri təhqir edib, İslam abidələrini dağıdıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: