Türkiyə səfiri Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

A- A A+

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şəhidlər xiyabanını ziyarət edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, səfir bu barədə öz “Twitter” səhifəsində bildirib.

"Bu gecə qərənfilin ağladığı gecədir. Bu gün günəşin doğmadığı gündür. 1990-cı il yanvarın 20-də Bakıda azadlıq, müstəqillik istiqlaliyyət və suverenlik uğrunda şəhid olan əziz qardaş və bacılarımızı hörmət və rəhmətlə yad edirik. Ruhları cənnət olsun", - deyə paylaşımda qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: