Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan və Ermənistana səfər edəcək

A- A A+

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar fransalı diplomatlarla birlikdə Azərbaycan və Ermənistana səfər edəcək.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə T. Klaar bu barədə “Twitter” hesabında paylaşım edib.

Bildirib ki, Brüssel görüşlərinin ardınca fransalı diplomat İsabel Dumont və digər həmkarları ilə Aİ-Fransa birgə səfəri çərçivəsində qarşıdakı günlərdə Azərbaycan və Ermənistan rəhbərliyi ilə substantiv görüşlər keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: