Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy Şəhidlər Xiyabanını ziyarət edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, o, bu barədə “Tvitter”də paylaşım edib.
Paylaşımda deyilir: “Hər il yanvarın 20-də azərbaycanlılar Şəhidlər xiyabanını ziyarət edərək, Sovet qoşunları tərəfindən etirazların qanlı yatırılması zamanı həlak olmuş müstəqillik hərəkatının qəhrəmanlarının xatirəsini yad edirlər. Ukrayna Azərbaycan xalqının acısına şərikdir. Unutmadıq”.