Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımların müzakirəsi məqsədi daşıyan danışıqlar üçüncü ölkədə deyil, iki ölkədən birində aparılmalıdır.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə diplomatik mənbələrə istinadən "Daily Sabah" qəzeti xəbər yayıb.
"Türkiyə danışıqların ilk raundu Moskvada keçirildikdən sonra ikinci raundun Yerevanda və ya Ankarada keçirilməsinə üstünlük verir", - deyə mənbələr bildirib.