Türkiyə ordusu Suriyada 18 terrorçunu zərərsizləşdirib

A- A A+

Türkiyə Silahlı Qüvvələri ötən gün Suriyanın Afrin şəhərində törədilmiş terror aktından sonra keçirdiyi antiterror əməliyyatı nəticəsində 18 PKK terrorçusunu zərərsizləşdirib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Qeyd edək ki, Afrində baş vermiş hücum zamanı 5 dinc sakin həlak olub, 34 nəfər isə yaralanıb.

H.Akar Türkiyə ordusunun Suriya və İraqın şimalında antiterror əməliyyatlarını davam etdirdiyini bildirib.

"2015-ci ilin iyulundan Silahlı Qüvvələrin terrora qarşı apardığı mübarizə nəticəsində 33 149 terrorçu zərərsizləşdirilib. Ötən il isə 2 939 terrorçu məhv edilib", - deyə o bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: