EurAsian Times: "Pakistan S-400-lərə qarşı "Bayraktar"dan istifadə edəcək"

A- A A+

Pakistan Rusiyanın Hindistana satdığı S-400 zenit-raket komplekslərindən özünü rahat şəkildə müdafiə edə bilər. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "EurAsian Times" nəşri məlumat yayıb.

Qeyd olunur ki, bu yaxınlarda Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərinin ilk partiyası Nyu-Dehliyə gətirilib. Tezliklə bu kompleks Hindistanın Pakistanla həmsərhəd bölgəsi olan Pəncab əyalətinə köçürülüb.

"Sohu" nəşrinin analitikləri isə iddia edirlər ki, Pakistan artıq "S-400"lərin zəif və güclü yerlərini öyrəniblər.

Pakistan artıq S-400-lərə sahib olan dost ölkələrlə birgə hərbi təlimlər keçirməklə bu sistemdən faydalana bilər. Söhbət Çin və Türkiyədən gedir. Bu cür manevrlər Pakistana Rusiya hava hücumundan müdafiə sisteminin güclü və zəif tərəflərini müəyyən etməyə kömək edə bilər - sayt yazıb.

Ekspertlər belə hesab edirlər ki, Pakistan Rusiyanın sistemlərinə qarşı mübarizə aparmaq üçün əvvəlcədən hazırlaşırmış. İslamabad Pekindən "HQ-9" uzaq mənzilli hava hücumundan müdafiə sistemi alıb.

- Əslində bu sistem Rusiyanın S-300-nün “klonudur”. Həmçinin Pakistan pilotsuz uçuş aparatlarına böyük enerji sərf edir. Həm yerli istehsal, həm də xarici istehsal PUA-lara daha çox diqqət ayrırır. S-400-ləri məhv etmək üçün Türkiyənin "Bayraktar" PUA-ları və ya Pakistanın "ZF1" gözəgörünməz pilotsuz təyyarələrindən istifadə oluna bilər - məqalədə yazılıb.

Mütəxəssislər əmindirlər ki, müasir pilotsuz təyyarələr Rusiyanın hava hücumundan müdafiə sistemlərinə tab gətirə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: