Tini Koks AŞPA-nın yeni prezidenti seçilib

A- A A+

Tini Koks (Tiny Kox) 164 səslə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 69 yaşlı hollandiyalı deputat 2022-ci il ərzində qurumun prezidenti vəzifəsini icra edəcək.

O, Belçikadan olan senator Hendrik Daemsi əvəzləyəcək. Belçikalı deputat 2020-2021-ci illər ərzində qurumun prezidenti vəzifəsini icra edib. O pandemiya ilə bağlı iki il bu postda qalıb.

Qeyd edək ki, ukraynalı deputat Maria Mezentseva da bu vəzifəyə namizəd idi. Lakin o, yalnız 80 səs toplaya bilib.

AŞPA prezidentliyinə növbəti seçkilər 2023-ci ilin yanvarında baş tutacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: