Ərdoğan İrana səfər edəcək

273

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə İrana səfər edəcək.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan "İran və qonşu ölkələr" adlı konfransda çıxışında deyib.

O, İran və Türkiyə arasında yaxşı əlaqələrin olduğunu bildirib və qeyd edib ki, hazırda Ərdoğanın səfəri üçün proqram hazırlanır.

Nazir diqqətə çatdırıb ki, İran Prezidenti İbrahim Rəisinin bir neçə qonşu ölkəyə səfəri planlaşdırılır.

Hüseyn Əmir Abdullahiyan İbrahim Rəisinin Rusiya səfərinin nəticələrini yaxşı qiymətləndirib və əlavə edib ki, yaxın gələcəkdə iki ölkə arasında uzunmüddətli əməkdaşlıqlara dair müqavilələr imzalanacaq: “İki ölkənin prezidentləri İran və Rusiya arasında əməkdaşlıq üçün yol xəritəsi haqqında razılığa gəlib”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: