Ermənistan - Azərbaycan sərhədinin demarkasiyası silahlı münaqişələri dərhal aradan qaldıra bilər - KTMT-nin sabiq baş katibi

A- A A+

Ermənistan - Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası silahlı münaqişə və atışmalarla əlaqəli bütün məsələləri dərhal aradan qaldıra bilər.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibi Nikolay Bordyuja deyib.

"Bu vəziyyətdə mən Ermənistan və Azərbaycana sərhədlərin qarşılıqlı tanınması məsələsinə kömək göstərilməsinin zərurətini vurğulamaq istərdim. Bu isə öz növbəsində birgə qrupların yaradılmasını, arxivlərdən materialların əldə olunmasını ifadə edir", - deyə o bildirib.

N.Bordyuja qeyd edib ki, rusiyalı sülhməramlıların Qarabağda mövcudluğu sabitliyin təminatıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: