İkinci Qarabağ müharibəsi zamanı məhv edilən daha bir erməni hərbçinin cəsədi tapılıb.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-nə istinadən xəbər verir ki, cəsəd Cəbrayıl rayonunda aşkarlanıb.
Cəsədin kimliyini müəyyən etmək üçün ekspertiza təyin edilib.
Bununla da Qarabağ müharibəsindən sonra tapılan erməni hərbçilərə məxsus cəsədlərin sayı 1708-ə çatıb.