İsrail səfiri: “Nasizmə qarşı döyüşmüş azərbaycanlıların xatirəsini ehtiramla yad edirik”

309

"Bu il Azərbaycan və İsrail diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcək. Bununla əlaqədar olaraq tədbirlər və hər iki tərəfdən səfərlərlə bağlı planımız var. Ümid edirik ki, bu il Azərbaycanın İsraildə səfirliyi açılacaq".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik jurnalistlərə bildirib.

“Elə bir dünyada yaşayırıq ki, xalqlarımız çox şeylərdən keçib. Bu gün Beynəlxalq Holokost qurbanlarını anım gününü qeyd edirik. Belə bir gündə nasizmə qarşı döyüşmüş azərbaycanlıların xatirəsini ehtiramla yad edirik. Dünya hələ də nifrətlə doludur və bu, dəhşətli hadisələrə səbəb olur. Bu qədər ölüm və nifrətin olduğu bir dünyada baş vermiş bu cür hadisələri unutmamalıyıq”, - səfir deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: