Mövlud Çavuşoğlu: Ermənistan Antalya Diplomatik Forumunda təmsil olunacaq

A- A A+

Ermənistan tərəfi Antalya Diplomatik Forumunda iştirak edəcəyini təsdiqləyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

Türkiyə ilə Ermənistan arasında müzakirə olunan normallaşma prosesindən bəhs edən nazir Mövlud Çavuşoğlu deyib: “Ermənistanın xarici işlər nazirini və Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyanı foruma dəvət etmişik. Paşinyan dəvət etdiyimiz şəxslərin Antalya Diplomatik Forumuna qatılacaqlarını söyləyib. Bundan məmnunuq. Çünki Azərbaycan tərəfi də bu tədbirdə iştirak edəcək. Bu, eyni zamanda etimad quruculuğu istiqamətində addımların bir parçası olacaq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: