Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözlər Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd olunub.
Sərəncamda, həmçinin bildirilib ki, Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.