AŞPA-nın qış sessiyasının 10-cu seansı işə başlayıb

A- A A+

Yanvarın 28-də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının 10-cu seansı işə başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sessiya danimarkalı parlamentari Mikael Aastrup Yensenin “Assambleyada monitorinq prosedurunun təkmilləşməsi” adlı məruzənin dinlənilməsi ilə başlayıb.

Avropalı parlamentarilər Assambleyada monitorinq prosedurlarının təkmilləşməsinə dair fikirlərini bildirəcək və təkliflər irəli sürəcəklər.

Qış sessiyasının bugünkü seansı çərçivəsində avropalı parlamentarilər sərbəst debatlar aparacaq, müxtəlif məsələlərlə bağlı fikirlərini bölüşəcəklər.

Həmçinin seansda Avropa Şurası Bürosunun və Daimi Komissiyasının fəaliyyəti ilə bağlı hesabat dinləniləcək. Seansın sonunda Daimi Komissiyanın üzvləri təyin ediləcək.

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası bu gün başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: