BMT Azərbaycana təşəkkür edib

A- A A+

BMT təşkilatın büdcəsinə tam ödəniş etdiyinə görə Azərbaycana təşəkkür edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə yanvarın 28-də BMT-də brifinq zamanı beynəlxalq təşkilatın sözçüsü Fərhan Haq bildirib.

F.Haq deyib: “Həqiqətən də xoşbəxt gündür, çünki biz daha çox dosta büdcəyə ödənişləri tamamladıqlarına görə təşəkkür edirik. Əlcəzair, Azərbaycan, Bruney Darussalam, Koreya Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Vyetnama təşəkkür edirik. Onların sayı artıq 37-yə çatıb”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: