Yanvarın 31-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, telefon danışığı zamanı nazirlər ikitərəfli əməkdaşlıq münasibətlərini müzakirə ediblər.
Eyni zamanda regiondakı cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.