Milli Məclisin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, Milli Məclisin fevralın 1-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında” qərar layihəsində əksini tapıb.
Layihəyə əsasən, iş planına 10 məsələ daxil edilib:
1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;
2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri;
3. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;
4.” Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;
5. “Lombardlar haqqında” qanun layihəsi;
6. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;
7. “Ali təhsil haqqında” qanun layihəsi;
8. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;
9. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi;
10. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri.