Yevlax rayonunda partlayış nəticəsində çoban həlak olub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Goranboy rayonunda yaşayan Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov Yevlaxın Şirinbulaq yaşayış sahəsinə yaxın ərazidə hərbi sursatın partlaması nəticəsində aldığı xəsarətdən ölüb.
İlkin ehtimala görə, hərbi sursat, "Smerç" raketinin qalığı Vətən Müharibəsi dövründə ermənilər tərəfindən atılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.