Tərəfdaşlığın 30 illiyi münasibətilə keçiriləcək tədbirlərlə bağlı Azərbaycanla birgə işləyirik - BMT rəsmisi

A- A A+

Biz Azərbaycan və BMT arasında tərəfdaşlığın 30 illiyi münasibətilə keçiriləcək tədbirlər üzərində Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi ilə birgə işləyirik.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib.

Onun sözlərinə görə, birinci tədbir martın 2-də, Azərbaycanın BMT-yə üzv olduğu gün, ikinci tədbir oktyabrın 24-də qeyd olunan BMT Günündə keçiriləcək.

V.Andreyeva qeyd edib ki, həmçinin tərəfdaşlığın 30 illiyinə həsr olunmuş bir sıra sərgilər, "dəyirmi masa" müzakirələri təşkil olunacaq.

O əlavə edib ki, tezliklə digər tədbirlərin cədvəli də elan olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: