Ermənistanın itirdiyi teras əkin sahələri - FOTOLAR

Qonşunun torpağını əkən yumurtasız qalar

A- A A+

İkinci Qarabağ müharibəsinin bitməsindən 3-4 ay sonra Ermənistanda toyuq ətinin və yumurtanın kəskin bahalaşması müşahidə olundu. Amma bu, İran İslam Respublikasının quş əti və yumurta ixracatına qoyduğu qadağaya görə baş verməmişdi. Məsələ ermənilərin azad olunmuş Azərbaycan torpaqlarında nəhəng taxıl və heyvan/quş yem bazasının itirməsi idi ki, nəticədə daxili broyler və yumurta istehsalı əlverişsiz hala gəlmişdi.

Müharibədən sonrakı ilk Zatik (Pasxa) günü üçün yumurta almağa gedən İrəvan sakinləri onun bir ədədini rəflərdə 0.55-0.72 USD (0.94-1.22 AZN) qiymətinə görüb, şoka düşmüşdülər. Söhbət bayram ərəfəsində Gürcüstandan gətirilən toyuq yumurtalarından gedirdi.

Ermənistanın kənd təsərrüfatı ekspertlərinin dəyərləndirmələrinə görə, müharibədən sonra Azərbaycanın azad etdiyi ərazilərdə 2500 hektar meyvə bağı (bunların 500 hektarı Ağdərə və Xocavəndin yaxınlığındadır), minlərcə hektar üzüm və on minlərcə hektar taxıl və yonca əkin sahələri əllərindən çıxıb. Bu səbəbdən, artıq 2020-ci ilin dekabrında Ermənistanda quş yeminin 50-60%, preslənmiş yonca və otun qiyməti isə 35-40% bahalaşmışdı.

Ermənistan hökümətinin çoxsaylı subsidiyalarına baxmayaraq, bu günə qədər taxıl və yem bazasındakı qiymət artımının vəziyyətini sabitləşdirmək mümkün olmur, çünki "daşlar ölkəsi" adlandırılan Ermənistanda de-fakto əkin sahəsi yoxdur.

Görünür, məhz bunun üçün Azərbaycanla sərhədyanı ərazilərdə yaşayan ermənilər ətrafdakı təpələri teras üsulu ilə mərtəbəli şəkildə hamarlaşdıraraq, əkməyə çalışıblar. İşğalçılar Laçını tərk edəndən sonra isə bu terasların əksər hissəsi Azərbaycanın ərazisində qalıb.

Qərbi Azərbaycanın Dığ, Ərəvus, Bayandur, Xəzinəvar, Xanazax və s. sərhədyani kəndlərinin erməni icma rəhbərləri Azərbaycan Silahlı Qüvvələrin yerlərdəki zabitlərinə taxıl və yoncanın 50/50 nisbətində yığılmasına icazə verilməsi barədə müraciət etsələr də, bu təklif rədd olunub.

 

Hans Kloss ©
foto: Polygon Azerbaijan

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: