Füzulidə düşmənin atıb qaçdığı OSA zenit kompleksinə aid raketlər aşkarlanıb - FOTOLAR

A- A A+

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Füzuli Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində keçirilən növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində raketlər aşkar edilib. Hava hücumundan müdafiə raketləri erməni hərbçilərinin qoyub qaçdığı hərbi hissədə tapılıb. Ərazidən aşkar edilən 20-ə yaxın hava hücumundan müdafiə raketlərinə ANAMA- nın mütəxəssisləri tərəfindən baxış keçirilib və müəyyən edilib ki, döyüşə tam yararlıdı. Qeyd edək ki, İşğaldan azad edilən ərazilərdə mina təmizləmə əməliyyatları davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: