“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında döyüşə hazırolma həftəsi çərçivəsində fəaliyyətlər yerinə yetirilir - VİDEO

A- A A+

Sərhədlərimizi yüksək peşəkarlıqla mühafizə və müdafiə edən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında 2022-ci yeni tədris ilinin döyüşə hazırolma həftəsi çərçivəsində fəaliyyətlər yerinə yetirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yeni tədris ilinin ilk həftəsində “Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyət tərəfindən vəzifələr öyrənilir, tapşırıqlar dəqiqləşdirilir və bölmələr müxtəlif variantlar üzrə məşq etdirilir.   

2022-ci yeni tədris ilinin başlanması ilə əlaqədar “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında bölmələrin həyəcan siqnalı ilə qaldırılması və cəmləşmə rayonlarına çıxarılması üzrə məşqlər keçirilir.

Məşqlər zamanı əsas diqqət sərhəd bölmələrinə verilən müdaxilələrin və qəfil ortaya çıxan tapşırıqların çevik şəkildə icrasına yönəldilib.

 

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: