Gürcüstan mətbuatı Prezident İlham Əliyevin Xorvatiya səfərinə geniş yer verib

A- A A+

Gürcüstan mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya səfərini geniş işıqlandırıb.

NUHÇIXAN xəbər verir ki, böyük oxucu auditoriyasına malik http://kavkasia.netportalı AZƏRTAC-a istinadla səfər haqqında silsilə materiallar yayımlayıb.

Xəbərlərdə Prezident İlham Əliyevin Xorvatiyadakı çıxışlarından sitatlar yer alıb. Dövlətimizin başçısının Azərbaycanda qaz ehtiyatlarının 2,6 trilyon kubmetr təşkil etdiyi, qaz hasilatının artırılması, təbii qazın Avropaya nəqlinin coğrafiyasının genişləndirilməsi, Cənub Qaz Dəhlizi, TAP və TANAP barədə fikirləri oxucuların diqqətinə çatdırılıb.

Eyni zamanda, Azərbaycanın Avropa İttifaqı, NATO ilə münasibətlərinin yüksək səviyyədə olması, ölkəmizin regional əlaqələrə, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfə xüsusi qeyd edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: