Moskva 8 erməni hərbi qulluqçunun Azərbaycan tərəfindən Ermənistana təhvil verilməsini alqışlayır

A- A A+

Moskva 8 erməni hərbi qulluqçunun Azərbaycan tərəfindən Ermənistana təhvil verilməsini alqışlayır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O xatırladıb ki, 2020-ci il dekabrın 2-dən bəri rusiyalı sülhməramlıların vasitəçiliyi ilə ümumilikdə 146 nəfər – 127 nəfər Ermənistan, 19 nəfər Azərbaycan tərəfə qaytarılıb. “Sözsüz ki, biz itkin düşənlərin taleyinin aydınlaşdırılması üçün paralel səylər göstərilməsini vacib hesab edirik. Həm milli baxımdan, həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi bu məsələyə kömək göstərəcəyik”, - deyən Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi əlavə edib. O bildirib ki, Rusiya bunun üçün nə mümkündürsə edəcək. Çünki bu, prioritet məsələdir

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: