MDB Xarici İşlər Nazirləri Şurasının iclası oktyabrda Nur-Sultan şəhərində keçiriləcək

A- A A+

MDB Xarici İşlər Nazirləri Şurasının iclası 13 oktyabr 2022-ci il tarixində Qazaxıstanın Nur-Sultan şəhərində keçiriləcək. NUHÇIXAN İnformasiya Agentliyi “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in MDB ölkələri üzrə birinci departamentinin direktoru Mixail Yevdokimov məlumat verib.

Yevdokimovun sözlərinə görə, bu il Qazaxıstan bu təşkilata sədrlik etdiyi üçün 2022-ci ildə MDB xətti ilə bir sıra tədbirlər Nur-Sultan şəhərində keçiriləcək.

O bildirib ki, may ayında hökumət başçılarının, oktyabrın 14-də isə Birliyin zirvə görüşü bu şəhərdə keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: