MN: "Azərbaycan Ordusunun sülhməramlıların yerləşdiyi ərazilərdə atəş açması barədə məlumat yalandır"
"Erməni sosial şəbəkələrində guya Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində ordumuzun bölmələri tərəfindən mülki yaşayış evinin atəşə tutulması barədə yayılan məlumat yalandır".
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məlumatlar təxribat xarakteri daşıyır.