ABŞ Kiyevdəki səfirliyinin təxliyəsini elan etməyi planlaşdırır

A- A A+

ABŞ Dövlət departamenti şənbə günü Birləşmiş Ştatların Ukraynadakı səfirliyinin heyətinin təxliyəsini elan etməyi planlaşdırır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Associated Press agentliyi amerikalı məmurlara istinadla məlumat yayıb.

“Dövlət departamenti şənbə günü ABŞ səfirliyinin Kiyevdəki bütün amerikalı əməkdaşlarının Rusiyanın təhlükəli müdaxiləsi ərəfəsində ölkəni tərk etməli olduqlarını elan etməyi planlaşdırır”, - deyə məlumatda bildirilir. Qeyd olunur ki, ABŞ ölkədə diplomatik mövcudluğunu saxlamaq üçün məhdud sayda diplomatı Ukraynanın qərbinə, Polşa ilə sərhədə yaxın əraziyə köçürə bilər.

KİV-in məlumatına görə, Birləşmiş Ştatlarla yanaşı, Böyük Britaniya, Almaniya, Avstraliya da səfirliklərin heyətinin təxliyəsi planlarını bəyan ediblər. Bir çox ölkələr – Kanada, Finlandiya, Latviya, Niderland, Estoniya, Yeni Zelandiya, Yaponiya və başqaları öz vətəndaşlarını Ukraynanı yubanmadan tərk etməyə çağırıblar.

Bu arada Politico qəzeti belə bir məlumat yayıb ki, ABŞ prezidenti Co Baydend Qərb ölkələri, Avropa İttifaqı və NATO-nun liderləri ilə video-konfransda Rusiyanın Ukraynaya guya fevralın 16-da “hücum” edə biləcəyini açıqlayıb.

Qeyd edək ki, son zamanlar Kiyev və Qərb dövlətləri Rusiyanın Ukrayna sərhədləri yaxınlığında “aqressiv hərəkətlərinin” artması ilə bağlı narahatlıqlarını ifadə edir. Moskva isə bu ittihamları dəfələrlə rədd edərək, heç kimi təhdid etmədiyini və heç kimə hücum etmək niyyətində olmadığını bildirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: