Əlcəzair portalı: Azərbaycan və Türkiyə prezidentləri Şuşa Bəyannaməsini təsdiq ediblər

A- A A+

Əlcəzairin “Əl Hərir” portalında “Azərbaycan və Türkiyə prezidentləri Şuşa Bəyannaməsini təsdiq ediblər” sərlövhəli material yerləşdirilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, xəbərdə ərəbdilli oxucuların diqqətinə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsinin təsdiqləndiyi çatdırılıb. Qeyd olunub ki, fevralın 12-də Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

“Əl Hərir” portalının xəbərində vurğulanıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Şuşa Bəyannaməsi haqqında qanun layihəsini ratifikasiya edib və tarixi əhəmiyyətə malik sənədin imzalanması ilə iki qardaş ölkənin münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib, hərtərəfli əməkdaşlıq istiqamətində yeni üfüqlər açılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: