Prezidentin səfərində diqqətçəkən məqam - FOTOLAR
Azərbaycan Türkiyədən “Kobra II”lər alıb
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirak ediblər.
Hərbi şəhərciyin açılışında arxa fonda Türkiyənin “Otokar” şirkəti tərəfindən istehsal edilən “Kobra II” zirehli döyüş maşınları xüsusi diqqət çəkib. Bu, Azərbaycanın qeyd olunan maşınları aldığını sübut edir.
NUHÇIXAN İnformasiya Agentliyi “Kobra II” maşınlarının xüsusiyyətlərini təqdim edir.
4x4 təkər formuluna malik “Kobra II” taktik təkərli zirehli vasitə müttəfiq ölkələrin və Türkiyə Silahlı Qüvvələrinin gələcək tələblərinə uyğun olaraq, mövcud “Kobra” platformasının bazasında hazırlanmış, üstün texniki və taktiki xüsusiyyətlərə malik modul platformadır.
2013-cü ildə sadə sələfi ilə heç bir əlaqəsi olmayan yeni çoxməqsədli “Kobra II” taktiki maşının yeni modul konstuksiyası təqdim olundu. Onu XM-1211 prototipi əsasında yaratdılar, bu model ilə ABŞ-ın AM “General” şirkəti əfsanəvi “Hummer” avtomobillərini əvəz etməyə çalışırdı.
Minaya qarşı zirehə malik yeni “Kobra II” 10 əsgəri daşımaqla bərabər, damında müxtəlif döyüş modullarına və beş qapılı korpusa malik personal daşıyıcısı funksiyalarını yerinə yetirən zirehli vasitə kimi də istismar edilə bilər. Alıcıya seçim üçün 281 və ya 360 at gücündə “Cummins” dizel mühərrikləri təklif olunur. Standart avadanlıqlar dəstinə altı pilləli avtomatik sürətlər qutusu, tam kilidlənən diferensial, müstəqil yaylı asqı, diskli əyləc, ABS, şinlərin mərkəzi doldurma sistemi, videokameralar, kondisioner və s. daxildir. Bundan başqa həm üç qapılı, həm də iki pərli üzən versiyalar da mövcuddur. Son məlumatlara görə, şirkət artıq Türkiyə ordusunun “Kobra II”zirehli vasitələrinin təchizatı üçün 47.5 milyon avro dəyərində sifarişi yerinə yetirir. Pakistan və Banqladeşdən də iri həcmli sifarişlər qəbul edilib.
“Kobra II” zirehli vasitə ailəsi yüksək qorunma və daşıma səviyyəsi və geniş daxili həcmi ilə seçilir.
Üstün hərəkət qabiliyyətinə əlavə olaraq, komandir və sürücü də daxil olmaqla 10 nəfərlik personal daşımaq qabiliyyətinə malik olan “Kobra II”, ballistik, mina və əldə qayırama partlayıcı maddə təhdidlərinə qarşı üstün qorunması sayəsində yüksək səviyyədə təhlükəsizlik təmin edir. Ən çətin ərazi və iqlim şəraitində yüksək performans təmin edən “Kobra II”, istəyə uyğun olaraq amfibiya tipində istehsal olunur və tələb olunan müxtəlif vəzifələrə mükəmməl uyğunlaşır.
Geniş silah inteqrasiyası və vəzifə avadanlıqları təchizatı özəllikləri sayəsində xüsusilə üstünlük verilən “Kobra II”, Türkiyədə və ixracat bazarlarında sərhəd mühafizəsi, daxili təhlükəsizlik və sülhməramlı əməliyyatlar da daxil olmaqla bir çox vəzifələri uğurla yerinə yetirir.
“Kobra II” eyni zamanda, modul quruluşu sayəsində personal daşıyıcı, silah platforması, quruda müşahidə radarı, KBRN kəşfiyyat maşını, komanda nəzarət vasitəsi və təcili yardım maşını kimi də fəaliyyət göstərə bilər.
Taktiki-Texniki Xüsusiyyətlər:
Uzunluğu: 6000 mm
Eni: 2500 mm
Hündürlüyü: 2300 mm
Personal tutumu: 6 nəfər
Maksimum çəki: 13000 kq
Mühərrik: 360 at gücü, 1100 Nm
Sürət qutusu: 6 irəli 1 geri
Transfer qutusu: 2 sürət və kilid.
Asqı sistemi: Amortizatorlarla asqı
Əyləclər: Hidravlik əyləc sistem
Sükan: Hidravlik
Yanacaq çəni: 200 litr
Təkərlər: 395/85 R20
Elektrik sistemi: 24V
Yaxınlaşma bucağı: 48°
Divergensiya bucağı: 60°
Şaquli maneə: 400 mm
Xəndək: 900 mm
Dırmanma : 60%
Yan bucağı: 30%
Maksimum məsafə: 700 km
Maksimum sürət: 110 km/saat