Daimi nümayəndəliyin rəhbəri rəsmi tədbirdə iştirak edib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Litva Respublikasının Azərbaycan və Türkmənistan Respublikalarında fövqəladə və səlahiyyətli səfiri Egidijus Navikasın dəvətilə, Litva Dövlətinin bərpasının 104-cü ildönümü münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak edib.