Azərbaycanda olduğum üçün çox şadam. Ölkəniz yaşamaq üçün çox əlverişli yerdir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri mətbuat konfransında Qarabağ və Şərqi Zəngəzura səfər etmiş “NomadMania” klubunun rəhbəri Harry Mitsidis söyləyib.
O bildirib ki, Qarabağ Avropa üçün də önəmli məkana çevriləcək.
Harry Mitsidis vurğulayıb ki, 10 il sonra bu regiona səfər etdiyində inkişaf etmiş iqtisadi məkanlar görəcək.