Moldova parlamentinin sədri Azərbaycana səfər edəcək

A- A A+

Moldova parlamentinin sədri İqor Qrosu Azərbaycana səfər edəcək.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə ölkə parlamentinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, İ.Qrosu Milli Məclisin sədri Sahibə Qafarovanın dəvəti ilə Bakıya səfər edəcək. Səfər fevralın 21-dən 23-dək baş tutacaq.

Azərbaycanın parlamenti ilə dostluq qrupunun üzvü olan deputat Vitali Jakot da spikerlə birlikdə Azərbaycana səfər edəcək.

Səfər zamanı İ.Qrosu Sahibə Qafarova, Baş Nazir Əli Əsədov və Moldova diasporu ilə görüşəcək.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: