Kiyevdə "Xocalıya ədalət!" lövhələri quraşdırılıb - FOTOLAR

A- A A+

Ukrayna Azərbaycanlıları Radasının (UAR) təşəbbüsü ilə Kiyev şəhərinin mərkəzi küçələrində Xocalı soyqırımından bəhs edən lövhələr quraşdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində baş tutub.

Lövhələrin quraşdırılmasında məqsəd Ukrayna ictimaiyyətinə və xarici vətəndaşlara Xocalı soyqırımı haqqında məlumat verməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: