Azərbaycan Ordusunun komandoları real döyüş şəraitində təlim keçirlər - VİDEO

A- A A+

Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının əməliyyat (komando) hərbi hissəsində təlim-məşqləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, real döyüş şəraitinə uyğunlaşdırılaraq keçirilən praktiki məşğələlərdə müxtəlif taktiki fəaliyyətlər icra olunub.

Komandolar təlimlərdə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla gecə və gündüz keçirilən təlimlərin əsas məqsədi komandoların peşəkarlıq səviyyəsinin artırılması və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: