Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə bilbordlar quraşdırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşəbbüsü ilə keçirilən anım aksiyasında nümayiş etdirilən bilbordlarda “Xocalıya ədalət!” şüarı yazılıb.
Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov jurnalistlərə bildirib ki, şəhərin mərkəzi hissələrində yerləşdirilən Xocalı soyqırımına dair bilbordlar fevralın sonlarına kimi nümayiş olunacaq.