Srebrenitsa faciəsinin qurbanlarının təmsil olunduğu QHT-lərin nümayəndələri Azərbaycana səfər edəcəklər

A- A A+

Fevralın 23-28-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə Bosniya və Herseqovinanı təmsil edən QHT-lərin nümayəndələri Azərbaycana səfər edəcəklər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səfər çərçivəsində qonaqlar Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbirlərə qatılacaq, müxtəlif QHT nümayəndələri ilə görüş keçirəcək və Srebrenitsa faciəsinin qurbanları olaraq Xocalı faciəsi qurbanları ilə birgə beynəlxalq təşkilatlara müraciət qəbul edəcəklər.

Eyni zamanda Srebrenitsa qurbanlarının təmsil olunduğu QHT-lərin nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri də nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: