Türkiyəli mütəxəssislər Azərbaycan hərbçilərinə minatəmizləmə təlimləri keçirlər - FOTOLAR
Türkiyəli mütəxəssislər Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinə minatəmizləmə təlimləri keçirlər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Biz tək ürək, tək bilək, tək yumruğuq. Azərbaycan xidmət komandanlığı koordinatorluğunda Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinə mina axtarma təlim verilir”, - nazirlikdən bildirilib.
Milli Müdafiə Nazirliyi təlimlərdən fotolar da paylaşıb.