Əli Əlizadə: Gözləyirik ki, İran parlamenti qətnamə qəbul edərək Xocalı faciəsini soyqırımı kimi tanıyacaq

A- A A+

Xocalı soyqırımı bəşəriyyət əleyhinə törədilən bir cinayətdir. Biz inanırıq və gözləyirik ki, İran İslam Şurası Məclisi (parlament) də tezliklə qətnamə qəbul edərək Xocalı soyqırımını rəsmi surətdə soyqırımı kimi tanıyacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Azərbaycanın İrandakı səfiri Əli Əlizadə bu gün Tehranda keçirdiyi mətbuat konfransında deyib. Diplomat diqqətə çatdırıb ki, Ermənistan ordusunun hərbi birləşmələrinin Azərbaycan torpaqlarını qanunsuz işğal altında saxladığı dövrdə İran dövləti Azərbaycana dəstəyini göstərərək ölkəmizin ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb. Həmçinin 44 günlük Vətən müharibəsi dövründə də İranın Ali Rəhbəri və hökuməti də açıqlamalar verərək Azərbaycanın ərazi bütövlüyünə öz dəstəklərini bildiriblər. Xocalı soyqırımı müxtəlif vaxtlarda İran parlamentinin üzvləri tərəfindən pislənilib. Eyni zamanda İran-Azərbaycan parlamentlərarası dostluq qrupu da bu faciəni qınayıb və pisləyib.

Biz inanırıq və gözləyirik ki, İran İslam Şurası Məclisi də tezliklə qətnamə qəbul edərək Xocalı soyqırımını rəsmi surətdə soyqırımı kimi tanıyacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: