Türkiyədə xidmət edən azərbaycanlı hərbçilərlə görüş olub - FOTOLAR
Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi personalı "Qardaş Briqada" layihəsi çərçivəsində Türkiyənin komandirləri və Çanaqqala şəhərinin Gelibolu rayonunda xidmət edən Azərbaycan Ordusunun şəxsi heyəti ilə görüşüb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə məlumat səfirliyin "Twitter" hesabında paylaşılıb.
Qeyd olunub ki, görüş zamanı səfirliyin personalına azərbaycanlı hərbçilərin təlim və hazırlıqları haqqında məlumat verilib.