Fransalı reportyor: “Qarabağdakı kütləvi məzarlıqlar işğalın sübutudur”

A- A A+

“Ermənilərin çox olduğu Fransada Qarabağ münaqişəsinin bütün tərəfləri bilinmir. Qarabağa səfəri zamanı gördüyümüz kütləvi məzarlıqlar işğalın və müharibə cinayətlərinin sübutudur”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Şuşada səfərdə olan fransalı fotoreportyor Qriqori Herpe jurnalistlərə açıqlamasında deyib.

“Fransada biz hekayənin bütün tərəflərini bilmirik. Bildiyiniz kimi orada ermənilər çoxdur. Dünən biz kütləvi məzarlıqları gördük, bu, çox dəhşətli idi. Bu işğalın və əlbəttə ki, müharibə qəddarlıqlarının sübutudur. Bu barədə çox danışa bilərəm. Mən münaqişənin bütün tərəflərini bilmirəm. Amma biz insanıq və bu cür olmamalıdır. Ölkənizə sadəcə, sülh və yenidənqurma arzu edirəm. Əlbəttə, əgər mümkündürsə, Ermənistanla da sülh arzu edirəm. Düşünürəm ki, indi sülh zamanıdır”, - deyə Qriqori Herpe bildirib.

Xarici KİV nümayəndəsi qeyd edib ki, bölgəyə sonuncu səfərinin üstündən cəmi 7 ay keçməsinə baxmayaraq, Qarabağ sürətlə gözəlləşib və yenidənqurma işləri nəticəsində buranın gözəlliyi özünə qayıdır: “Bunlar çox güclü emosiyalardır. Siz çox sürətlə çalışırsınız ki, Qarabağı, Şuşanı yenidən inşa edəsiniz. Mən cəmi 7 ay ərzində çox dəyişikliklər gördüm. Yollar indi çox yaxşıdır. Şuşada da bir çox gözəl dəyişikliklər var. Mən bilirəm ki, Azərbaycan mənədiyyətinin ürəyi olan bu şəhərin inşası xalqınız üçün çox önəmlidir. Azərbaycanda çoxlu dostlarım var və onlar mənə bu barədə çox danışıblar. Düşünürəm ki, siz bu istiqamətdə çox yaxşı işləyirsiniz və biz sizinlə sadəcə, qürur duya bilərik”.

Qeyd edək ki, bir qrup xarici KİV nümayəndəsi işğaldan azad olunan ərazilərə səfər edib. Dünən onlar Xocavənddə olub, bu gün isə Şuşa şəhərinə səfər edblər.

Nümayəndə heyətinə 12 ölkədən - Ukrayna, Moldova, Türkiyə, Fransa, Niderland, Çexiya, ABŞ, Misir, Əlcəzair, Şimali Kipr, Malayziya və Yaponiyadan 26 KİV nümayəndəsi daxildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: