Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin müşaviri ilə Ukraynadakı vəziyyəti müzakirə edib

A- A A+

25 fevral 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Departamentinin müşaviri, Dövlət Katibinin ali siyasət məşvərətçisi Derek Şolle ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, tərəflər Ukraynadakı vəziyyət, habelə Cənubi Qafqaz bölgəsindəki ən son durum ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: