Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram hesabında Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə paylaşım edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, paylaşımda "Xocalıya ədalət" sözləri yer alıb.
Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin tviter hesabında "Xocalı soyqırımının günahsız qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - sözləri yer alıb.