Ukrayna Xocalını unutmadı - Odessa şəhərində “Xocalıya ədalət” lövhəsi asıldı - VİDEO
Hər zaman Azərbaycana dəstək nümayiş etdirən Ukrayna dövləti bu ağır günlərdə də təqdirəlayiq bir addım atıb.
Ukrayna, tarixinin ən çətin günlərini yaşasa da, Xocalı faciəsinin 30-cu ildönümünü unutmayıb, Azərbaycana dəstək nümayiş etdirib. NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, sosial şəbəkələrdə paylaşılan görüntülərdə Ukraynanın Odessa şəhərində “Xocalıya ədalət” reklam lövhəsinin asıldığı əks olunub.