Naxçıvanda Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib - YENİLƏNİB

A- A A+

26 fevral Xocalı soyqırımının 30-cu ildönümüdür.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün saat 17:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan şəhərində və muxtar respublikanın digər rayonlarında Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və sərnişinlərin hərəkəti dayandırılıb, hüzn əlaməti olaraq   dövlət bayraqları endirilib.  

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar muxtar respublikanın bütün şəhər və rayonlarında anma mərasimləri keçirilib.

Vətənin azadlığı və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi həmişə qəlbimizdə yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: