Türkiyənin Milli Müdafiə Nazirliyi: Xocalıda vəhşicəsinə qətlə yetirilən günahsız azərbaycanlı türk qardaşlarımızı unutmadıq, unutmayacağıq
Otuz il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən günahsız azərbaycanlı türk qardaşlarımızı unutmadıq, unutmayacağıq!
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu ifadələr Türkiyə Milli Müdafiə Nazirliyinin Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı paylaşımında yer alıb.
Paylaşımda bildirilir: “Tarixə qara ləkə vuranları lənətləyir, ağrısını qəlbimizdə daşıdığımız şəhidlərimizə Allahdan rəhmət diləyirik”.