Tviterdə Xocalı ilə bağlı həşteq dünya trendində birinci olub - FOTOLAR
Bu gün tviterdə sosial şəbəkə istifadəçiləri tərəfindən Xocalı soyqırımının dünyaya tanıdılması, “Xocalıya Ədalət” naminə müxtəlif dillərdə (ingilis, rus, alman və fransız) kampaniya keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kampaniya çərçivəsində Xocalı soyqırımı və bu barədə xarici mediada dərc olunan yazılar, cinayəti törədən Ermənistanın siyasi rəhbərliyi haqqında məlumatlar, faciə qurbanları və onların həyatını əks etdirən şəkil, poster və videolar olan #JusticeforKhojaly həştəqi dünya trendində 1-ci yer, #HocalıKatliamı isə 5-ci yerdə olub.
Amerika trendində #JusticeforKhojaly 4-cü yer, Fransa trendində 3-cü yer, Kanada trendində isə 2-ci yerdə olub.
Türkiyə trendində isə #HocalıKatliamı 1-ci yer, #HocalıSoykırımı 2-ci yerdə qərarlaşıb.
Paylaşımlarda dövlət rəsmiləri, beynəlxalq təşkilatlar işarələnərək bu soyqırım aktına lazımi siyasi və hüquqi qiymət verilməsi vurğulanıb.